Odessadakı yanğında ölənlərin sayı 12 nəfərə çatıb

  09 Dekabr 2019    Oxunub : 1042
Odessadakı yanğında ölənlərin sayı 12 nəfərə çatıb
Ukraynanın Odessa şəhərində kollec binasında baş verən yanğın zamanı ölənlərin sayı 12 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb. Belə ki, yanğın ərazisinin kəşfiyyatı zamanı daha iki nəfərin meyiti tapılıb.

Bildirilir ki, hadisə nəticəsində xəsarət alan 30 nəfərdən 9-u hələ də xəstəxanadadır.

Ukrayna prezidenti Vladimir Zelenski hadisə zamanı zərər çəkənlərə yardım göstərilməsi və faciənin başvermə səbəbini tezliklə müəyyənləşdirmək üçün dövlət orqanlarına tapşırıqlar verib.

Bundan əlavə, Zelenski dekabrın 8-ini ölkədə ümumilli matəm günü elan edib.

Azvision.az

Teqlər: Yanğın   Ukrayna