61 uşaq qızılcadan öldü

  09 Dekabr 2019    Oxunub : 1579
 61 uşaq qızılcadan öldü
Samoada qızılca epidemiyasından 70 nəfər ölüb.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkə hökuməti özünün “Twitter”dəki səhifəsində məlumat yayıb. Bildirilib ki, təkcə ötən ay qızılcaya 4 min 693 nəfər yoluxub. Onlardan 112-si son 24 saat ərzində qeydə alınıb.

Ölən 70 nəfərdən 61-i 4 yaşına qədər uşaqlardır. Hazırda 160 nəfər xəstəxanaya yerləşdirilib ki, onlardan da 16-nın vəziyyəti ağırdır. Ümumilikdə 110 min nəfər qızılca əleyhinə peyvənd olunub.

Azvision.az

Teqlər: Samoa   Qızılca