Hindistanda yanğın zamanı 43 nəfər ölüb

 Hindistanda yanğın zamanı 43 nəfər ölüb
  08 Dekabr 2019    Oxunub:3268
Hindistanın paytaxtı Dehlidə kağız fabrikində güclü yanğın olub.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, yanğın zamanı azı 43 nəfər həlak olub, 69 nəfər isə xilas edilib.

Hadisə yerinə 30 yanğınsöndürən avtomobil, təcili yardım briqadaları və xilasedicilər cəlb olunub. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Ölənlərin sayının artacağı istisna edilmir.

Azvision.az



Teqlər: Hindistan   Yanğın  





Xəbər lenti