Azərbaycan taekvondoçuları Qran-pridə iki medal qazandı

Azərbaycan taekvondoçuları Qran-pridə iki medal qazandı
  07 Dekabr 2019    Oxunub:2631
Moskvada keçirilən Qran-pri turnirinin final mərhələsində iştirak edən Azərbaycanın üç taekvondoçusundan ikisi medal qazanıb.
Azvision.az xəbər verir ki, 80 kiloqram çəki dərəcəsində mübarizə aparan Milad Beigi Hərçəqani braziliyalı Migel Martinsa və özbəkistanlı Nikita Rafaloviça qalib gələrək finala vəsiqə qazanıb. O, həlledici döyüşdə Rusiya təmsilçisi Maksim Kramtçova uduzaraq turniri gümüş medalla başa vurub.

Radik İsayev (80 kq yuxarı) isə bürünc medalla kifayətlənib. Digər idmançımız Cavad Ağayev (68 kq) ilk döyüşündə britaniyalı Bredli Sindenə məğlub olaraq yarışı erkən tərk edib.

Azvision.az



Teqlər: Moskva   Yarış   İdman  





Xəbər lenti