Almaniyada 40 il əvvəl oğurlanmış rəsmlər tapıldı

Almaniyada 40 il əvvəl oğurlanmış rəsmlər tapıldı
  07 Dekabr 2019    Oxunub:2326
Almaniyada 1979-cu ildə Gota şəhərindəki Friedenştayn Qala Muzeyindən oğurlanan rəsm əsərləri tapılıb.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, rəsmlər 2019-cu il sentyabrın sonunda dövlətə təhvil verilib.

“Spiegel” jurnalının verdiyi məlumata görə, bir neçə ay əvvəl oğurlanmış sənət əsərlərini leqallaşdıraraq yenidən dövlətə 5,25 milyon avro müqabilində satmaq istəyən vəkil saxlanılıb. Qeyd olunub ki, vəkil rəsmlərin indiki sahiblərinə miras qaldığını iddia edib.

Lakin iddialar özünü doğrultmadığına görə, vəkil və müvəkkilinə qarşı cinayət işi açılıb. İstintaqın Almaniya kriminal polisi tərəfindən aparıldığı qeyd olunub.

Şübhəli şəxslərin ofis və mənzillərində axtarış aparılıb və əsərlərin oğurluq olduğunu təsdiqləyəcək dəlillər toplanıb.

İlkin Nəcəfzadə
Azvision.az



Teqlər: Almaniya  





Xəbər lenti