Moskvada 4 gündə 110 min insan təxliyyə edilib

Moskvada 4 gündə 110 min insan təxliyyə edilib
  07 Dekabr 2019    Oxunub:2004
Rusiyanın paytaxtı Moskva şəhərində dekabrın 2-dən 6-dək 600 obyektdə partlayış təhlükəsi ilə bağlı müvafiq dövlət qurumlarına anonim zəng daxil olub.
Azvision.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

Qeyd olunub ki, daxil olan zənglərin heç biri öz təsdiqini tapmayıb. Anonim müraciətlərə görə, ümumilikdə 110 mindən çox insan təxliyyə edilib.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: Rusiya  





Xəbər lenti