Lavrov Pompeo ilə Suriya və Ukraynanı müzakirə edəcək

Lavrov Pompeo ilə Suriya və Ukraynanı müzakirə edəcək
  07 Dekabr 2019    Oxunub:1896
ABŞ dövlət katibi Maykl Pompeo dekabrın 10-da Vaşinqtonda rusiyalı həmkarı Sergey Lavrov ilə silahlara nəzarət məsələsini, Suriya, Ukrayna və Venesueladakı vəziyyəti müzakirə etmək niyyətindədir.
Azvision.az xəbər verir ki, bu barədə “The Washington Post” ABŞ administrasiyasının nümayəndələrinə istinadən məlumat yayıb.

Rusiya Xarici İşlər naziri sonuncu dəfə Vaşinqtona 2017-ci ildə səfər edib. O zaman ABŞ Prezidenti Donald Tramp tərəfindən qəbul edilib.

Qeyd olunub ki, danışıqlardan sonra diplomatlar birgə mətbuat konfransı keçirəcəklər. Lavrov və Pompeo arasında sonuncu görüş cari ilin sentyabr ayında BMT Baş Assambleyasının iclasında baş tutub.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: ABŞ  





Xəbər lenti