Səudiyyə vətəndaşları hərbi bazadakı atışmadan sonra dindirilib

Səudiyyə vətəndaşları hərbi bazadakı atışmadan sonra dindirilib
  07 Dekabr 2019    Oxunub:2638
ABŞ Hərbi Dəniz Qüvvələrinin Pensakoladakı hərbi bazasında baş vermiş atışmadan sonra Səudiyyə Ərəbistanının altı vətəndaşı dindirilib.
Azvision.az xəbər verir ki, bu barədə “Fox News” telekanlı mənbəyə istinadən məlumat yayıb.

Dekabrın 6-da səhər saatlarında ABŞ Hərbi Dəniz Qüvvələrinin Pensakoladakı bazasında hərbçinin açdığı atəş nəticəsində 4 nəfər ölüb, 7 nəfər yaralanıb. Hüquq-mühafizə orqanları hadisənin təfərrüatlarını hələ açıqlamayıb.

Kanalın məlumatına görə, hərbçiləri güllələyən şəxs bazada xarici qoşunlar üçün təlim keçən Məhəmməd Səid əl-Şamrani olub. Bu proqramla təlim keçənlərin əksəriyyəti Səudiyyə Ərəbistanı vətəndaşlarıdır. Ümumilikdə isə bu ölkənin 1500-ə yaxın hərbçisi burada təlim keçir.

Azvision.az


Teqlər: ABŞ  





Xəbər lenti