Şahmatçımız Tallində gümüş medal qazanıb

Şahmatçımız Tallində gümüş medal qazanıb
  07 Dekabr 2019    Oxunub:2434
Estoniyanın paytaxtı Tallində rapid üzrə Avropa çempionatı keçirilib.
Azvision.az xəbər verir ki, Azərbaycanı qitə çempionatında təmsil edən şahmatçı Rauf Məmmədov uğurlu nəticə göstərib. Belə ki, R.Məmmədov 10,5 xal toplayaraq Avropa Çempionatında gümüş medal qazanıb. Digər şahmatçımız Qədir Hüseynov 10 xalla 7-ci sırada qərarlaşıb.

Qeyd edək ki, iki gün davam edən turnirdə 34 ölkədən 474 şahmatçı iştirak edib.

Azvision.az



Teqlər: Şahmat  





Xəbər lenti