Eden Hazard “El Klassiko”nu buraxacaq

  06 Dekabr 2019    Oxunub : 1136
Eden Hazard “El Klassiko”nu buraxacaq
İspaniyanın “Real Madrid” klubunun yarımmüdafiəçisi Eden Hazard “El Klassiko”nu buraxacaq.
Azvision.az xəbər verir ki, UEFA Çempionlar liqasının qrup mərhələsinin 5-ci turunda “Paris Sen-Jermen” komandası ilə matçda zədələnən 28 yaşlı belçikalı futbolçunun 6-8 həftə meydana çıxa bilməyəcəyi gözlənilir. Bu səbəbdən Hazard qarşıdakı bir neçə oyunu, eləcə də, “Barselona” ilə matçı buraxacaq.

Qeyd edək ki, “Barselona” - “Real” qarşılaşması dekabrın 18-də “Nou Kamp” stadionunda keçiriləcək.

Azvision.az

Teqlər: EdenHazard