Suriya böhranı üzrə növbəti sammit İstanbulda keçiriləcək
“Biz ildə azı bir dəfə dördtərəfli sammit keçirmək barədə qərar qəbul etmişik. İndi bu sammit fevral ayında İstanbulda baş tutacaq”, - deyə Ərdoğan bildirib.
Xatırladaq ki, Türkiyə, Fransa, Almaniya və Böyük Britaniya liderləri dekabrın 3-də Londonda NATO sammiti çərçivəsində bir araya gəlib və Suriya böhranı üzrə ilk görüş keçiriblər. Rəcəb Tayyib Ərdoğan danışıqların yaxşı keçdiyini deyib. Almaniya kansleri Angela Merkel də belə formatda ilk görüşün nəticələrini müsbət qiymətləndirib.
Azvision.az
Teqlər: Ərdoğan Türkiyə Suriya