“İnsanlar Qarabağ münaqişəsinin həllini gözləyir” - ATƏT PA sədri
05 Dekabr 2019
Oxunub:8359
Biz ATƏT məkanındakı münaqişələrin, o cümlədən Dağlıq Qarabağ probleminin sülh yolu ilə nizamlanmasında daha nikbin işarələr görmək istəyirik.
Azvision.az xəbər verir ki, bunu ATƏT Nazirlər Şurasının 26-cı iclasında çıxışı zamanı ATƏT Parlament Assambleyasının sədri Georgi Tseretelini deyib.
O bildirib ki, ATƏT ərazisindəki münaqişələr narahatlıq yaradır: "İnsanlar bu münaqişələrin həllini gözləyirlər. Xüsusilə də Dnestryanı və Dağlıq Qarabağ münaqişələrinin nizamlanması baxımından daha optimist işarələr görmək istəyirik".