ATƏT sədri: “Bizi bölən deyil, birləşdirən istiqaməti tapmalıyıq”

  05 Dekabr 2019    Oxunub : 1371
 ATƏT sədri: “Bizi bölən deyil, birləşdirən istiqaməti tapmalıyıq”
“Bu gün qarşımızda bir sıra təhdidlər və problemlər dayanır. Onların bəziləri daha əvvəldən mövcud idi, bəziləri isə yenidir. İnsanlar münaqişə və böhranlardan əziyyət çəkməkdə davam edirlər”.
Azvision.az xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak ATƏT Nazirlər Şurasının 26-cı iclası ərəfəsində müraciətində bildirib.

O deyib ki, etimadsızlıq və təhlükəsizlik anlayışındakı fərqlər riskləri artırmağa xidmət edir: "Bu fonda beynəlxalq hüququn pozulması və ümumi razılaşdırılmış prinsip və öhdəliklərimizin yerinə yetirilməməsi hamının ən əsas təhlükəsizlik problemidir. ATƏT sülh və təhlükəsizlik, münaqişələrin nizamlanmasında qarşılıqlı anlaşma yaratmaq və əməkdaşlığı təşviq etmək üçün unikal forum təqdim etməyə davam edəcək".

Sədr vurğulayıb ki, ATƏT müxtəlif dövlətlər arasında dialoq üçün bir platformadır, onun konsensus qərarları geniş və əhatəli məsləhətləşmələrin nəticəsidir:

"Bununla belə, bu, yalnız bizim prinsiplərimizə və öhdəliklərimizə tam əməl edildiyi təqdirdə təsirli ola bilər.
Buna görə interaktiv dialoqumuzu genişləndirmək və gücləndirmək üçün güzəştə getməyə hazır olmağa çağırıram. Bizi bölən deyil, birləşdirən istiqaməti tapmalıyıq. ATƏT açıq dialoq və birgə fəaliyyət üçün unikal forumdur".

Pərvanə Sultanova
Azvision.az

Teqlər: ATƏT