Tural Gəncəliyev Brüsseldə: “Biz sülh prosesinə hazırıq”

 Tural Gəncəliyev Brüsseldə:  “Biz sülh prosesinə hazırıq”
  04 Dekabr 2019    Oxunub:3044
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Belçikaya səfər edib.
Azvision.az xəbər verir ki, bu barədə T.Gəncəliyev “Twitter”də yazıb. Onun sözlərinə görə, nümayəndə heyəti Belçikada bir sıra görüşlər keçiməyi nəzərdə tutub:

“Bizi bir sıra maraqlı və məhsuldar görüşlər gözləyir. Həmişə olduğu kimi, qaçqın və məcburi köçkünlərin vəziyyəti müzakirələrimizin əsas mövzusu olacaqdır. Biz sülh prosesinə hazırıq”, - deyə Gəncəliyev yazıb.

Pərvanə Sulıtanova
Azvision.az



Teqlər: TuralGəncəliyev  





Xəbər lenti