Koçaryanın işinə gələn il baxılacaq

Koçaryanın işinə gələn il baxılacaq
  03 Dekabr 2019    Oxunub:2881
Ermənistanda 1 mart 2008-ci il hadisələri üzrə məhkəmə iclası bir ay müddətinə təxirə salınacaq.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, hakim Anna Danibekyan bugünkü iclasda dekabrın 30-dək məzuniyyətdə olacağını bildirib.

Danibekyan işlə bağlı növbəti məhkəmə iclasının 2020-ci ilin yanvarında keçiriləcəyini söyləyib.

Ermənistanın ikinci prezidenti Robert Koçaryanın vəkili Ayk Alumyan deyib ki, hakim tətilə çıxmazdan əvvəl Koçaryanla bağlı təqdim edilmiş vəsatətə baxmalıdır. O, bu həftə daha bir məhkəmə iclasının təyin edilməsinə çağırıb, amma prokuror və zərərçəkmişlərin varisləri etiraz ediblər.

Danibekyan isə bugünkü məhkəmə iclası zamanı Koçaryanın vəkillərini vəsatət hazırlamağa çağırıb.

Pərvanə Sultanova
Azvision.az




Teqlər: Koçaryan   Ermənistan   Məhkəmə  





Xəbər lenti