Ermənilərin Njde qisası: İrəvanda Qriboedovun abidəsi təhqir olundu - FOTO

 Ermənilərin Njde qisası:  İrəvanda Qriboedovun abidəsi təhqir olundu -  FOTO
  03 Dekabr 2019    Oxunub:3858
İrəvanda rusiyalı diplomat, şair və dramaturq Aleksandr Qriboedovun abidəsi təhqirə məruz qalıb.

Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, abidəni erməni fəal Şaqen Arutyunyan qırmızı boya ilə rəngləyib və bu barədə özü “Facebook”da məlumat yayıb.
“Njdenin xatirə lövhəsinin boyanmasına cavab olaraq Rusiya imperiyasının səfiri, şair Qriboedovun abidəsinə qırmızı boya tökdüm", - deyə, o yazıb.

Şaqen Arutyunyan “Tseqakron” Partiyasının və "Vahid Milli Təşəbbüs"ün lideri Şant Arutyunyanın oğludur.

Xatırladaq ki, noyabrın 13-də Armavir Şəhər Şurasının deputatı Aleksey Vinoqradov faşist cəlladı Njdenin xatirə lövhəsini qara rəngə boyamışdı. Yerli sakinlər abidənin götürülməsi məsələsini qaldırdıqdan sonra noyabrın 30-da Njdenin Armavirdəki xatirə lövhəsi sökülüb.



Pərvanə Sultanova
Azvision.az


Teqlər: İrəvan   Abidə  





Xəbər lenti