Hansı kişilər qadını daha xoşbəxt edə bilər?

Hansı kişilər qadını daha xoşbəxt edə bilər?
  16 Dekabr 2013    Oxunub:9062
Qadını xoşbəxt etmək üçün onun hisslərini 100% dəqiqliklə bilmək deyil, sadəcə onu anlamağa çalışmaq da kifayət edir.
Bəzi kişilərin fikrincə, qadınları anlamaq çox çətin olur. Lakin yeni keçirilən psixoloji tədqiqat göstərib ki, qadını xoşbəxt etmək üçün onun hisslərini 100% dəqiqliklə bilmək deyil, sadəcə onu anlamağa çalışmaq da kifayət edir.

Digər tərəfdən, bir çox kişiləri onların ürək sirdaşlarının nə dərəcədə xoşbəxt olduqları narahat edir. Əgər onlar sevdikləri qadınların münasibətlərə son qoyacaq səviyyədə bədbin olduqlarını müşahidə edirsə, bu fikir münasibətlərə öz mənfi təsirini göstərir. Bununla belə qadının xoşbəxtliyi onun sevgilisinin narazılıq hisslərini aradan qaldıra bilmir.

“Ehtimal ki, qadınlar öz partnyorlarının narazılıqlarını münasibətlərdəki emosional öhdəliyin əksi kimi görürlər” deyə Harvard Tibb Məktəbinin tədqiqatçısı Şiri Koen bildirib. Beləliklə, aydın olur ki, kişilərin hər hansı hiss o cümlədən, neqativ emosiyalar yaşaması qadınları çox sevindirir. Çünki qadınlar üçün sükut bəzən təhqiramiz sözlər, yaxud yüksək tonda danışıqdan daha əzablı görünə bilər. “Bu partnyorları emosional baxımdan qapalı olanda və konfliktli situasiyaya reaksiya verməyəndə qadınların daha da əsəbiləşməsi faktıdır.

Tədqiqatçılar möhkəm münasibətlərdə olan 156 cütlüyü müşahidə ediblər. Cütlüklərin 71 faizi ağdərili, 56 faizi isə orta hesabla 3,5 il birgə yaşayan və qanuni nikahda olanlardır.

İştirakçılara öz partnyorları ilə baş verən sonuncu konfliktin necə baş verdiyi təsvir etmək təklif olunub. Tədqiqatçılar bu diskussiyaları videoya yazaraq, hər iki tərəfin mənfi və müsbət cəhətlərini özündə əks etdirən 30 saniyəlik çarxlar hazırlayıblar. Bu çarxlar sonradan iştirakçılara təqdim olunub. İştirakçılar isə bir sıra suallara: öz hissləri barədə, öz partnyorlarının hisslərini anlamaq və izah etmək, bundan əlavə öz münasibətlərindən hansı dərəcədə razı olduqlarını etiraf etməli oldular.

Kişi qadının əsəbi, yaxud qəmgin olduğunu hiss etdiyi anlarda qadınlar münasibətlərdən daha məmnun görünüblər. Faktiki olaraq, kişi qadının hisslərini səhv anlayanda belə qadınlar bu münasibətlərdən razı qalıblar. Çünki sevdiyi insanın onu anlamaq cəhdini qiymətləndirirlər “başqasının hisslərini anlamaq və dərdinə şərik olmaq keçmiş tədqiqatlarda cütlüklərin münasibətlərini möhkəmləndirən faktorlardan biri hesab olunurdu).

Bu ehtimalın düzgünlüyü kişilərdən onların münasibətlərinin emosional vəziyyətlərinə təsiri arasında keçirilən sorğudan sonra aydın olub. Partnyorlarının müsbət əhval-ruhiyyəsini duya bilən kişilər öz münasibətlərindən daha çox razılıq edirdilər. Sevdikləri qadınların neqativ hisslərini duya bilən kişilər isə münasibətlərdən nisbətən az razılıq edirdilər.
Bu baxımdan terapevtlər cütlüklərə bir-birinin mənfi emosiyalarına da uyğunlaşmağı məsləhət görürlər. Bu halda xüsusən qadınların narazı partnyorunu anlaya bilməsi ehtimal olunan ayrılığın qarşısını ala bilər.

Vüqar İsmayılov
AzVision.az



Teqlər:  





Xəbər lenti