“Qarabağ” 1 qolla 3 xal qazandı - VİDEO

  02 Dekabr 2019    Oxunub : 2054
“Qarabağ” 1 qolla 3 xal qazandı - VİDEO
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 13-cü tura yekun vurulub.
Azvision.az xəbər verir ki, turun son oyununda lider "Qarabağ" klubu "Sabah"ın qonağı olub. "Bank Respublika Arena"da keçirilən görüş Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə vurulan yeganə qolun müəllifi Abdullah Zubirdir.

Qeyd edək ki, bu qələbə ilə xallarının sayını 30-a çatdıran "Qarabağ" komandası turnir cədvəlində ilk pillədəki yerini möhkəmlədib.



Azvision.az

Teqlər: Qarabağ