Deputatın 3 yaşlı oğlunu öldürənlər tutuldu

  02 Dekabr 2019    Oxunub : 2748
 Deputatın 3 yaşlı oğlunu öldürənlər tutuldu
Kiyev Vilayət Şurasının deputatı, iş adamı Vyaçeslav Sobolevin 3 yaşlı oğlu Aleksandrın qətlində şübhəli bilinən 2 nəfər saxlanılıb.
Azvision.az xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb. Hazırda şübhəli şəxslərin polis əməkdaşları tərəfindən sorğu-sual edildiyi bildirilir.

Daxili İşlər nazirinin müavini Anton Qeraşşenko isə açıqlamasında deyib ki, qətl sifarişli olub və cinayət deputata qarşı düşmənçilik zəminində törədilib.

Qeyd edək ki, deputat Vyaçeslav Sobolevə məxsus "Range Rover" markalı avtomobil Kiyevin mərkəzində atəşə tutulub. Hadisə nəticəsində onun azyaşlı oğlu həlak olub.

Azvision.az

Teqlər: Deputat   Qətl   Kiyev