Putin və Ərdoğan yanvar ayında görüşəcəklər

Putin və Ərdoğan yanvar ayında görüşəcəklər
  02 Dekabr 2019    Oxunub:1982
Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında görüş yanvar ayının ilk ongünlüyünə planlaşdırılır.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Təhlükəsizlik və xarici siyasət Şurasının üzvü İsmayıl Safi məlumat verib.

Onun sözlərinə görə, liderlər ikitərəfli və regional gündəliyi, o cümlədən "S-400" kompleksinin tədarükü və Suriyadakı vəziyyəti müzakirə edəcəklər.

"Ərdoğan və Putin yanvar ayının ilk ongünlüyündə Türkiyədə görüşməyə hazır olduqlarını bəyan ediblər. Liderlər ikitərəfli və regional münasibətləri, o cümlədən Suriyadakı vəziyyəti və "S-400"-ün tədarükünü müzakirə edəcəklər", - deyə Türkiyə rəsmisi bildirib.

Qeyd edək ki, daha əvvəl Rusiya dövlət başçısının sözçüsü Dmitri Peskov Putin və Ərdoğanın 2020-ci ilin yanvarında “Türk axını” qaz kəmərinin birgə açılışını edəcəklərini deyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Putin   Ərdoğan   Rusiya   Türkiyə  





Xəbər lenti