Paşinyandan sonra Baş qərargah rəisi Qarabağa gəldi

 Paşinyandan sonra Baş qərargah rəisi Qarabağa gəldi
  02 Dekabr 2019    Oxunub:2588
Ermənistan silahlı qüvvələrinin Baş qərargah rəisi, general-leytenant Artak Davtyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gəlib.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, səfər zamanı Davtyan Qarabağdakı separatçı rejimin “müdafiə ordusunun komandanı” Karen Abrahamyanla birgə şimal-şərq və mərkəzi istiqamətdəki hərbi hissələrə baş çəkib. O, hərbi əhəmiyyətli obyektlərdə görülən işlərlə tanış olub.

Qeyd edək ki, bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağda olub.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Qarabağ   Ermənistan   Qərargah-Rəisi  





Xəbər lenti