“Ölkəni tərk etmək ən pis çıxış yoludur” - Saakaşvilidən etiraf

  02 Dekabr 2019    Oxunub : 1428
“Ölkəni tərk etmək ən pis çıxış yoludur” - Saakaşvilidən etiraf
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili 2013-cü ildə ölkəsini tərk etmək qərarından təəssüfləndiyini bildirib və bunun səhv addım olduğunu etiraf edib.

Azvision.az xəbər verir ki, keçmiş prezident bu barədə Gürcüstan televiziyasına müsahibəsində deyib.
"Bu gün mən 2013-cü ildə Gürcüstanı tərk etdiyimə görə çox təəssüflənirəm. Sadəcə hər şeyi buraxaraq getdim. Həbsxanaya düşməkdən qorxduğum üçün ayrılmadım. Bilirsiniz ki, məni Ukraynada da hədələdilər. Sadəcə ona görə getdim ki, yorulmuşdum, insanlar da məndən bezmişdilər. Hər kəsə dinclik verdim. Ancaq bu gün səhv etdiyimi düşünürəm", - deyə Saakaşvili vurğulayıb.

Gürcüstanda ona qarşı cinayət işi açıldığından həbs oluna biləcəyinə dair suala gəlincə, Saakaşvili deyib: "Ölkəni tərk etmək ən pis çıxış yoludur".

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Saakaşvili