Kiyevdə deputata sui-qəsd cəhdi - 3 yaşlı oğlu öldürüldü

Kiyevdə deputata sui-qəsd cəhdi -  3 yaşlı oğlu öldürüldü
  02 Dekabr 2019    Oxunub:2758
Ukraynanın paytaxtı Kiyevdə regional şuranın deputatına qarşı həyata keçirilən sui-qəsd cəhdi zamanı onun üç yaşlı oğlu öldürülüb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, deputat Vyaçeslav Sobolevin avtomobili şəhərin mərkəzində atəşə tutulub. Naməlum şəxs ona məxsus "Range Rover" markalı avtomobilə atəş açıb. Lakin güllə salonda olan uşağa dəyib. Azyaşlı xəstəxanaya çatdırılarkən yolda ölüb.

Atəş açan şəxs hadisə yerindən qaça bilib. Onun axtarışı üçün şəhərdə xüsusi əməliyyat aparılır. Faktla bağlı cinayət işi açılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Kiyev   Deputat   İnsident  





Xəbər lenti