Gürcüstanda iqtidar-müxalifət dialoqu keçirilir

 Gürcüstanda iqtidar-müxalifət dialoqu keçirilir
  30 Noyabr 2019    Oxunub:2501
Tbilisidə Gürcüstanın hakim “Gürcü arzusu” partiyasının nümayəndələri ilə müxalifətin görüşü başlayıb.

Azvision.az “Sputnik Gürcüstana” istinadən xəbər verir ki, seçki sistemi və ölkədəki siyasi böhranın müzakirə olunduğu görüş 30-a yaxın müxalifət partiyasının, eyni zamanda diplomatik korpus nümayəndələrinin iştirakı ilə keçirlir.
İclasdan əvvəl parlamentin sədri Arçil Talakvadze jurnalistlərə deyib ki, müxalifəti dinləməyə, onların təklif və arqumentlərini öyrənməyə hazırdırlar.

O, həmçinin bildirib ki, son günlər müxtəlif modellər müzakirə olunub və bu formatda konkret arqumentləri müzakirə etmək mümkün olacaq.

"Biz çıxış yolunun tapılacağını gözləyirik, kompromisə getdik. Heç kim müxalifət partiyalarını dialoqa razı olmamaqda günahlandıra bilməz", - deyə müxalif siyasətçi Qriqol Vaşadze vurğulayıb.

Bundan əlavə, iclasda müxalifətin yeni seçki modeli təklif edəcəyi gözlənilir.

Qeyd edək ki, Gürcüstan müxalifəti noyabrın 14-dən bəri hakimiyyətin vəd etdiyi seçki islahatlarının baş tutmamasına etiraz olaraq aksiyalar keçirir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Gürcüstan   Müxalifət  





Xəbər lenti