Tbilisidə etirazçılardan deputatlara "qara cümə" vədi
Aksiya keçirənlər arasında müxalifətin siyasi liderləri, o cümlədən "Utanc", "Dəyişmək" və "Cəsarət" gənclər hərəkatlarının nümayəndələri də var. Polis parlament binasının girişlərində səfərbər olunub.
“Hökumət güzəştə getməsə, yenə burada gecələyəcəyik və onları içəri buraxmayacağıq. Bu vəziyyətdən çıxış yolu yoxdur. Hakimiyyət sağlam düşüncə göstərməlidir",- deyə Vahid Milli Hərəkat partiyasının üzvü Zaal Udumaşvili bildirib.
Avropa Gürcüstanı partiyasının liderlərindən biri Qigi Udumaşvili isə deyib ki, etirazçıların əsas məqsədi hakim partiyanın üzvlərinə narahatlıq yaratmaqdır.
Pərvanə Sultanova
Azvision.az