Ermənilər yenə dilənərək 9,8 milyon topladılar

Ermənilər yenə dilənərək 9,8 milyon topladılar
  29 Noyabr 2019    Oxunub:1869
"Hayastan" ümumerməni fondu növbəti telemarafon keçirib.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, sayca 22-ci olan marafon 12 saat çəkib və 9,856,100 dollar pul toplanıb.

Müqayisə üçün qeyd edək ki, keçən il ianələrin miqdarı 11, 109 633 dollar, 2017-ci ildə isə 12, 505 456 dollar olub.

Məlumata görə, bu il toplanmış vəsait Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisində, həmçinin Ermənistanın üç bölgəsində - Tavuş, Lori və Şirakda su təchizatı və alternativ enerji ilə bağlı layihələrin həyata keçirilməsinə yönəldiləcək.

Daha əvvəl baş nazir Nikol Paşinyan telemarafonun canlı yayımı zamanı məşhur erməni porno ulduz Kim Kardaşyana, musiqiçi Serj Tankyana və Reddit saytının yaradıcısı, milyonçu Aleksis Ohanyana mesaj göndərərək, onları fonda pul köçürməyə çağırıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti