Lionel Messi ilin ən yaxşısı seçildi

Lionel Messi ilin ən yaxşısı seçildi
  29 Noyabr 2019    Oxunub:2135
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2019-cu ilin ən yaxşı oyun qurucularının sıyahısını açıqlayıb.
Azvision.az xəbər verir ki, siyahıya İspaniyanın “Barselona” klubunun argentinalı kapitanı Lionel Messi 299 xalla liderlik edir.

“Mançester Siti”nin 28 yaşlı belçikalı yarımmüdafiəçi Kevin de Brüyne 85 xalla ikinci olub. İlk üçlüyü “Real Madrid”in yarımmüdafiəçisi Eden Hazard 55 xalla tamamlayıb. Roberto Firmino (“Liverpul”) 46 xalla dördüncü, Bernard Silva isə (“Mançester Siti”) 32 xalla beşinci pillədə qərarlaşıb.

Azvision.az



Teqlər: Messi  





Xəbər lenti