Naxçıvana səfər edən İran vətəndaşları üçün viza ləğv edildi
Məlumata görə, 1 dekabr 2019-cu il tarixindən etibarən İran vətəndaşları 15 gün müddətinə vizasız Naxçıvana səfər edə biləcəklər.
Azərbaycanın digər rayonlarına isə səfər üçün viza rejimi qüvvədə qalır və buna görə 20 dollar ödəməlidirlər.
Xatırladaq ki, bu ilin oktyabrında Naxçıvana səfər edən İran vətəndaşları üçün viza rüsumunun məbləği azaldılmışdı.
Pərvanə Sultanova
Azvision.az