“Qalatasaray” qələbəni əldən verdi

“Qalatasaray” qələbəni əldən verdi
  27 Noyabr 2019    Oxunub:2707
UEFA Çempionlar Liqasında V turun oyunlarına start verilib.
Azvision.az xəbər verir ki, A qrupunda yer alan Türkiyə çempionu “Qalatasaray” öz meydanında Belçikanın “Brügge” klubu ilə qarşılaşıb.

İstanbul təmsilçisi qələbə qazanmağa yaxın olsa da, uzatma dəqiqələrində buraxılan qolla üstünlüyü əldən verib. Bununla da görüş 1:1 hesabı ilə yekunlaşıb.

Qrupun digər oyununda isə “Real Madrid” PSJ-ni qəbul edir.

Azvision.az



Teqlər: “Qalatasaray”  





Xəbər lenti