Bakıda növbəti dəfə NATO-Rusiya dialoqu keçiriləcək

Bakıda növbəti dəfə NATO-Rusiya dialoqu keçiriləcək
  26 Noyabr 2019    Oxunub:2901
Bakıda NATO-nun Hərbi Komitəsinin sədri Ser Stüart Piiçlə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüş keçiriləcək.
Azvision.az -ın əldə etdiyi məlumata görə, hər iki rəsmi bu məqsədlə Azərbaycanda səfərdədir. Onlar səfər çərçivəsində Bakıda Azərbaycan Prezidenti ilə görüşüblər.

Xatırladaq ki, bundan əvvəl də Bakı bir neçə dəfə NATO-Rusiya, ABŞ-Rusiya yüksək səviyyəli hərbi dialoquna ev sahibliyi edib.

Bir müddət əvvəl Ser Stüart Piiç bildirmişdi ki, Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) Qərblə Moskva arasındakı münasibətlərdə mövcud olan bütün çətinliklərə baxmayaraq, Rusiya ilə dialoqu davam etdirmək niyyətindədir:

“Biz Rusiya ilə dialoqu davam etdirəcəyik və bu, vacibdir”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   NATO  





Xəbər lenti