Qeyri-adi aksiya: Səfirliyin qarşısına unitazlar qoyuldu

 Qeyri-adi aksiya:  Səfirliyin qarşısına unitazlar qoyuldu
  26 Noyabr 2019    Oxunub:3378
Aktivistlər Ukraynanın Moskvadakı səfirliyinin binası qarşısına “Ukraynanın döyüş gücünə dəstək” yazılmış unitazlar qoyublar.
Azvision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, icazəsiz aksiya iki nəfər tərəfindən təşkil edilib və onlar saxlanılaraq barələrində inzibati protokol tərtib edilib. Həmin şəxslər Moldova əsillidirlər və Moskvada yaşayırlar.

Daha əvvəl, Rusiya Dövlət Duması sədrinin müavini Petr Tolstoy Ukraynaya unitaz göndərməyi təklif etmişdi. Onun sözlərinə görə, Ukrayna gəmilərindən heç kim heç nə götürməyib.

"Ancaq ukraynalı həmkarlarımıza unitaz toplamaq lazımdırsa, bəlkə də edə bilərik", - deyə vitse-spiker deyib.

Qeyd edək ki, noyabrın 18-də Ukrayna Hərbi Dəniz Qüvvələrinin üç gəmisi Kiyevə qaytarılıb. Bundan sonra Ukrayna tərəfi Rusiyanı gəmiləri dəhşətli vəziyyətə salmaqda, unitaz və digər əşyaların yoxa çıxmasında günahlandırıb.

Federal Tədqiqatlar Bürosu isə bu məlumatları təkzib edərək, gəmilərin təhvil verilməsindən əvvəl hazırlanmış videonu nümayiş etdirib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Moskva   Səfirlik  





Xəbər lenti