Türkiyə Albaniyaya xilasedici qrup və həkimlər göndərib

Türkiyə Albaniyaya xilasedici qrup və həkimlər göndərib
  26 Noyabr 2019    Oxunub:2136
Türkiyə Albaniyada zəlzələdən zərərçəkmiş ərazilərə xilasedicilər, həkimlər və texnikalar göndərib.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Təbii Fəlakətlər və Fövqəladə hallar İdarəsi məlumat yayıb.

“Albaniyada baş vermiş zəlzələnin fəsadlarını aradan qaldırmaq, xilasetmə işlərinin aparılmasına kömək etmək üçün Türkiyədən xilasedicilər və həkimlərdən ibarət qrup, bir təyyarə və üç nəqliyyat vasitəsi göndərilib ",- deyə məlumatda bildirilib.

Xatırladaq ki, Albaniyanın paytaxtı Tirana yaxınlığında 6.4 bal gücündə zəlzələ baş verib. İlkin məlumata görə, zəlzələ nəticəsində 7 nəfər ölüb, 300 yaralı var.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Albaniya   Türkiyə  





Xəbər lenti