Ermənistan keçmiş deputatı Rusiyadan geri tələb edir

Ermənistan keçmiş deputatı Rusiyadan geri tələb edir
  25 Noyabr 2019    Oxunub:1816
Ermənistanın Baş Prokurorluğu Rusiya Baş Prokurorluğuna keçmiş deputat Levon Sarkisyanın ekstradisiyası barədə vəsatət göndərib.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun nümayəndəsi Qor Abramyan bildirib.

Onun sözlərinə görə, İrəvanın sorğusu əsasında Rusiyada saxlanılan sabiq deputat barədə məhkəmə tərəfindən 40 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

"Rusiya məhkəməsi prokurorluğun vəsatəti nəticəsində Sarkisyanın ekstradisiyasına baxılması çərçivəsində onun 40 gün müddətinə həbs olunması barədə qərar qəbul edib”, - deyə Abramyan vurğulayıb.

Xatırladaq ki, 1999-2007-ci illərdə Ermənistanın Respublika partiyasından parlamentə seçilmiş Sarkisyan kriminal qrup yaratmaqda, külli miqdarda əmlakı ələ keçirməkdə, soyğunçuluqda təqsirli bilinir. Onu 15 ilədək həbs cəzası gözləyir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan   Rusiya   Deputat  





Xəbər lenti