İstanbulun tarixi divarları bərpa edilir

İstanbulun tarixi divarları bərpa edilir
  24 Noyabr 2019    Oxunub:3048
İstanbulun rəmzlərindən biri hesab edilən qədim divarlar bərpa edilir.
Azvision.az xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən bərpa edilən divarlar 1985-ci ildə UNESKO-nun Dünya Maddi İrs Siyahısına salınıb.

Eramızın V əsrində - Şərqi Roma imperiyası dövründə inşasına başlanılan şəhər divarları tarixin izlərini günümüzədək qoruya bilib. İstanbulun fəthinin rəmzlərindən olan qala divarları dünyanın ən uzun tarixi abidələri siyahısında yer alır. Təxminən 20 kilometr 520 metr uzunluğu olan tarixi divarlar xəndək, quru, xarici və daxili divar olmaqla üç hissəyə bölünür.

Hazırda tarixi abidənin 7 kilometrlik hissəsi bərpa edilir. Bərpa işlərinin 2020-ci ildə başa çatdırılması planlaşdırılır.

Azvision.az



Teqlər: İstanbul  





Xəbər lenti