“Qalatasaray” derbini uduzdu

“Qalatasaray” derbini uduzdu
  23 Noyabr 2019    Oxunub:1868
Türkiyə Super Liqasında 12-ci tura start verilib.
Azvision.az xəbər verir ki, turun mərkəzi görüşündə "Başakşəhər" səfərdə "Qalatasaray" klubunun qonağı olub.

"Türk Telekom" stadionunda baş tutan derbidə "Başakşəhər" 1:0 hesabı ilə qələbə qazanıb. Matçda vurulan yeganə qolun müəlllifi Fredrik Qulbrandsendir.

Qeyd edək ki, turun digər oyunları noyabrın 23-25-də keçiriləcək.

Azvision.az



Teqlər: Qalatasaray   Derbi  





Xəbər lenti