Mxitaryanla bağlı daha bir qalmaqal - İşə anası qarışdı

 Mxitaryanla bağlı daha bir qalmaqal -  İşə anası qarışdı
  22 Noyabr 2019    Oxunub:9580
Ermənistan baş nazirin müşaviri, Futbol Federasiyasının daxili audit komitəsinin sədri Mesrop Arakelyanın futboldan anlayışı yoxdur və səriştəsizdir.
Azvision.az xəbər verir ki, bunu Ermənistan milli futbol komandasının kapitanı Henrix Mxitaryanın anası Marina Taşyan "Johovurd”a deyib.

Arakelyan Mxitaryanın Ermənistan komandasında kapitanlıqdan məhrum edilməli olduğunu söyləyib. Fikrini onunla əsaslandırıb ki, Mxitaryan İtaliyada millinin uduzmasına görə məsuliyyət daşıyır. Onun sözlərinə görə, kapitan komandaya əhəmiyyət vermir.

Taşyan isə deyib ki, Arakelyan faktları təqdim etməli və ifadələrini əsaslandırmalıdır: "Mxitaryanın millinin son oyunlarını niyə qaçırdığını hamı bilir. O, zədəlidir. Arakelyan əsassız açıqlamalar verirsə, o zaman futboldan anlayışı yoxdur və səriştəsizdir”.

Qeyd edək ki, FFA-nın sabiq rəhbəri Artur Vanetsyan məlum açıqlamasına görə Arakelyanı qınayıb və Mxitaryanı ən yaxşı erməni futbolçulardan biri adlandırıb.

Mxitaryan ətrafında qalmaqal Ermənistan komandasının italiyalılara 1: 9 hesabı ilə məğlub olmasından sonra daha da böyüyüb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Qalmaqal   Futbolçu  





Xəbər lenti