Rusiyalı nazir: “Bu gün Azərbaycan bütün tərəfdaşları qabaqlayır”

  Rusiyalı nazir:  “Bu gün Azərbaycan bütün tərəfdaşları qabaqlayır”
  22 Noyabr 2019    Oxunub:2673
“Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq yeni dinamika qazanıb. Dövlət başçılarının münasibətlərinin yüksək səviyyədə olması bu inkişafa öz töhfəsini verir”.
Azvision.az xəbər verir ki, bunu Moskvada Azərbaycan-Rusiya Regionlararası Forumunun açılışında çıxışı zamanı Rusiyanın İqtisadi inkişaf naziri Maksim Oreşkin deyib.

O bildirib ki, prezidentlərin Soçi görüşü çox isti atmosferdə keçib. Rusiyada iki ölkənin liderləri, regionları, şirkətlər arasında qurulan ənənəvi dostluq münasibətləri təqdir olunur. Həmçinin, bölgələr arasında müsbət əlaqə qurulmaqdadır.

Oreşkinin sözlərinə görə, hökumət səviyyəsində 5 yol xəritəsi üzərində iş aparılır. Dünən isə innovativ texnologiyalar üçün yeni yol xəritəsi barədə razılıq əldə edilib.

"Bunlar yalnız planlar deyil, yalnız yol xəritələri deyil, konkret nəticələrdir. 9 ay ərzində Rusiya ilə Azərbaycan arasında ticarət 26 faiz artıb. Bu, böyük bir miqyasdır. Eyni zamanda, bölgələrdə işin nəticəsidir. Bütün bunlar ticari-iqtisadi fəaliyyətimizin həcmini keyfiyyətcə yeni səviyyəyə qaldırmağa imkan verir. Pul köçürmələrinin həcmi artır, turizm sahəsində əməkdaşlıq inkişaf edir. Əsas odur ki, bu nəticələrdən həm Rusiya, həm də Azərbaycan faydalanır, həyat yaxşılaşır. Göstəricilər yaxşıdır, amma təhlillər göstərir ki, bu son hədd deyil, daha da yüksək nəticələr əldə edilməlidir”.

Nazirin dediyinə görə, bu gün Azərbaycan Rusiya ilə bir sıra sahələrdə əməkdaşlığa görə bütün tərəfdaşları qabaqlayır:

"Ancaq daha böyük imkanlar hələ də qalmaqdadır. Rusiyaya pomidor tədarükünün çoxu Türkiyədən gəlir. Kimsə Türkiyədən gələn pomidorların Azərbaycan pomidorlarından daha yaxşı olduğunu söylədi. Biz "Sahədən köşkə qədər" proqramı üzrə Azərbaycanla əməkdaşlıq etmək niyyətindəyik. Dekabr ayında Bakıya, gözəl şəhərə səfər edəcəyəm və mövcud potensialı reallaşdırmaq üçün bu proqrama imza atacağıq.

Azərbaycanla münasibətlərimizdə irəlidə olduğumuz istiqamətləri sadalayacağam - bu, “Socar Polimer” zavodunun işi, “GAZ” zavodudur. Bundan başqa, əczaçılıq sahəsində də əməkdaşlığı vurğulamaq istəyirəm".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Nazir  





Xəbər lenti