Sarkisyanın axtarışda olan “xaç oğlu” Rusiyada tutuldu

Sarkisyanın axtarışda olan “xaç oğlu” Rusiyada tutuldu
  22 Noyabr 2019    Oxunub:2141
Ermənistanın axtarışda olan sabiq deputatı Levon Sarkisyan Rusiyada saxlanılıb.
Azvision.az
"Alrahatsi Levik" ləqəbi ilə tanınan sabiq deputat 11 il əvvəl Ermənistan Gömrük xidmətinin keçmiş rəhbəri Armen Avetisyanın malikanəsinə hücumla əlaqədar açılan cinayət işində təqsirləndirilir.

Axtarışa verilən Sarkisyana Ermənistan Cinayət Məcəlləsinin sağlamlığa ağır zərər vurma və soyğunçuluq, o cümlədən cinayətkar qrup yaratmaq və orda iştirak etmək maddələri ilə iş açılıb.

İki çağırış parlament üzvü olan Levon Sarkisyan Respublika Partiyası fraksiyasının üzvü və sabiq prezident Serj Sarkisyanın "xaç oğlu"dur.

İlkin məlumatlara görə, 2008-ci ilin oktyabrında törədilən soyğunçuluğu Sarkisyan sifariş edib. Üç il sonra, 2011-ci ilin may ayında cinayətkar dəstənin 10 üzvü uzun müddətli həbs cəzasına məhkum edilib. Bu hücumdan əvvəl qrup artıq digər ağır cinayətlər də törədib.

Bu faktlar əsasında açılan cinayət işi çərçivəsində 2018-ci ilin oktyabr ayında Sarkisyanın evində axtarışlar aparılıb və orada arsenal - AK-74 Kalaşnikov silahı, qumbaraatan, 4000-dən çox müxtəlif növ kalibrlər tapılıb. Daha sonra müəyyən ekspertizalar təyin edilib.

Uzun müddət ölkədə olmadığını üçün onun axtarışa verilməsi barədə qərar qəbul edilib və barəsində həbs qətimkan tədbiri seçilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Sarkisyan   Rusiya  





Xəbər lenti