“Soros Fondu Ermənistan üçün təhlükə yaradır” - Artur Vanetsyan

 “Soros Fondu Ermənistan üçün təhlükə yaradır” -  Artur Vanetsyan
  22 Noyabr 2019    Oxunub:2636
Ermənistanda xarici ölkələrdən maliyyələşən siyasi qüvvələr fəaliyyət göstərir.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan bildirib.

Vanetsyan ölkə daxilində bu cür siyasi qüvvələrin olduğunu deyib, lakin onların müxalifət və ya hökumətyönlü düşərgədə fəaliyyət göstərməsi sualını cavabsız qoyub.

Sabiq direktorun sözlərinə görə, Soros Fondunun Ermənistandakı fəaliyyəti ölkə üçün təhlükə yaradır.

Qeyd edək ki, Artur Vanesyan bu il sentyabrın 16-da istefa verib. Onun istefası ilə bağlı bəyanatında Paşinyana xitabən: “Mən hökuməti ayıltmaq üçün istefa verirəm” və “Dayan!” ifadələri yer almışdı.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti