Ermənistan Futbol Federasiyasının prezidenti istefa verib

  21 Noyabr 2019    Oxunub : 1052
Ermənistan Futbol Federasiyasının prezidenti istefa verib
Ermənistan Futbol Federasiyasının (FFA) prezidenti Artur Vanetsyan istefa verib.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Vanetsyan jurnalistlərə açıqlamasında bildirib. Artıq onun istefası qəbul olunub.

Qeyd edilib ki, Vanetsyanın istefasına Ermənistan yığmasının "Avro-2020"-nin seçmə mərhələsində İtaliyaya 1:9 hesabı ilə uduzması səbəb olub.

Azvision.az

Teqlər: Ermənistan   İstefa