Mehriban Əliyeva Putinlə görüşəcək

 Mehriban Əliyeva Putinlə görüşəcək
  21 Noyabr 2019    Oxunub:3580
Moskvada rəsmi səfərdə olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.
Azvision.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, görüş noyabrın 22-də baş tutacaq.

Xatırladaq ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 20-dən Rusiyada rəsmi səfərdədir. Bu gün Mehriban Əliyeva Moskva şəhərindəki Aleksandr bağında naməlum əsgərin məzarını ziyarət edib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: MehribanƏliyeva  





Xəbər lenti