Matviyenkodan Qarabağ açıqlaması: “Nə lazımdır edəcəyik”

  21 Noyabr 2019    Oxunub : 1789
Matviyenkodan Qarabağ açıqlaması: “Nə lazımdır edəcəyik”
Qarabağ münaqişəsinin tərəfləri problemin effektiv həllini tapmaq üçün təmkinli olmalıdır.

Azvision.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko MDB Parlamentlərarası Assambleyasının tədbirləri çərçivəsində Sankt-Peterburqda Ermənistan parlamentinin sədri Ararat Mirzoyan ilə görüşdə bildirib.
Matviyenko qeyd edib ki, Rusiya ATƏT çərçivəsində Qarabağ probleminin həllinə yardım göstərir: "İndi bölgədə sakitlikdir, lakin biz Qarabağ münaqişəsinin həlli üçün əlverişli atmosfer yaratmayan ritorikadan narahatıq. Mənə elə gəlir ki, kompromisli həll tapmaq və irəliləmək üçün daha təmkinli olmaq lazımdır. Çünki həm Ermənistanda, həm də Azərbaycanda insanlar inkişaf üçün sülh və normal bir həyat istəyirlər. Biz vasitəçi rolumuzu səmərəli şəkildə yerinə yetirmək üçün hər şey edəcəyik".

Mirzoyan is vurğulayıb ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllinə böyük əhəmiyyət verir və Rusiyanın vasitəçi roluna görə minnətdardır. O, hesab edir ki, Ermənistan hakimiyyəti dinc dialoqa və münaqişənin sülh yolu ilə həllinə inanır.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Qarabağ   Rusiya   Münaqişə