Gürcüstanda etirazçılara hökm oxunub

 Gürcüstanda etirazçılara hökm oxunub
  21 Noyabr 2019    Oxunub:2503
Tbilisi Şəhər Məhkəməsi noyabrın 18-də keçirilən etiraz aksiyasının iştirakçılarından 12 nəfərə hökm oxuyub.
Azvision.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, onlar hüquq-mühafizə orqanlarının işçilərinə itaətsizlik göstərməkdə və xuliqanlıqda günahkar biliniblər.

Onlardan bir nəfəri 1000 lari cərimə edilib, digərləri 5 və 13 gün müddətinə inzibati həbs cəzasına məhkum ediliblər. 25 nümayişçinin işinə baxılması isə bu günə təxirə salınıb.

Məhkəmə qərarı iclasda iştirak edənlərin kəskin etirazlarına səbəb olub.

Qeyd edək ki, son günlər Tbilisdə keçirilən aksiyaların səbəbi ölkə parlamentinin proporsional seçki sisteminə keçilməsinə dair dəyişiklikləri qəbul etməməsi olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Gürcüstan   Etiraz   Məhkəmə   Hökm  





Xəbər lenti