Keçmiş deputat mətbuat katibi təyin edildi

Keçmiş deputat mətbuat katibi təyin edildi
  21 Noyabr 2019    Oxunub:2261
Gürcüstanın Baş naziri Giorgi Qaxariya özünə mətbuat katibi təyin edib.
Azvision.az Gürcüstan mətbuatına istinadla xəbər verir ki, bu, Baş nazir aparatında yeni bir vəzifədir. Belə bir həmin vəzifəyə İrakli Çikovani təyinat alıb.

Çikovani bundan əvvəl Baş nazirin beynəlxalq məsələlər üzrə müşaviri vəzifəsində çalışıb.

"Bu, yeni bir vəzifədir və hökumət administrasiyasının vətəndaşlarımızla, media ilə sürətli, effektiv əlaqəsinin qurulmasına kömək edəcək”, - deyə Qaxariya hökumət iclasında bildirib.

Qeyd edək ki, Çikovani 28 avqust 1980-ci ildə anadan olub, Tbilisi Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Gürcüstanın Müdafiə Nazirliyində, Milli Təhlükəsizlik Şurasının aparatında, Xarici İşlər Nazirliyində işləyib. 2012-2016-cı illərdə deputat olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Gürcüstan   Deputat  





Xəbər lenti