Britaniya İrəvanda səfirliyini müvəqqəti işlər vəkili səviyyəsinə endirib

Britaniya İrəvanda səfirliyini müvəqqəti işlər vəkili səviyyəsinə endirib
  20 Noyabr 2019    Oxunub:2819
Böyük Britaniya Ermənistandakı diplomatik təmsilçiliyini müvəqqəti işlər vəkili səviyyəsinə endirib.
Azvision.az xəbər verir ki, erməni mətbuatı bunu Ermənistan-Britaniya münasibətlərində hansısa yanlışlıqların olması ilə əlaqələndirib.

"Bir neçə gün əvvəl Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan Böyük Britaniyanın müvəqqəti işlər vəkili David Moranı qəbul edib. Bu, o deməkdir ki, Birləşmiş Krallıq Ermənistandakı təmsilçiyini səfirlik səviyyəsindən müvəqqəti işlər vəkili səviyyəsinədək azaldıb. Bu, diplomatiyada çox ciddi bir jestdir", - deyə erməni mətbuatı yazıb.

Xatırladaq ki, daha əvvəl Alan Qoqbaşyan Britaniyanın Ermənistandakı səfiri təyin edilmişdi, sonra London təsdiq edilmiş namizədliyi ləğv edib.

“Əslində artıq bir il yarımdır ki, Londonda səfirimiz yoxdur. Azərbaycanla möhtəşəm əlaqələrə malik olan vacib ölkə ilə belə bir vəziyyət diplomatik nonsens sayıla bilər", - qeyd olunub.

Xarici İşlər Nazirliyinin sözçüsü Anna Naqdalyandan mövzu ilə bağlı deyib ki, belə məsələlər Britaniya tərəfinin səlahiyyətindədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Britaniya   Ermənistan   Səfirlik  





Xəbər lenti