Moralesin qızının ölkədən çıxışına icazə verildi

  20 Noyabr 2019    Oxunub : 1005
Moralesin qızının ölkədən çıxışına icazə verildi
Boliviya hakimiyyəti keçmiş dövlət başçısı Evo Moralesin qızı Evalis Morales Alvaradonun ölkə ərazisinindən çıxışına icazə verib.
Azvision.az xəbər verir ki, bu barədə Boliviya Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsində məlumat verilib.

Bildirilib ki, Boliviya XİN hazırda Meksika səfirliyi ərazisində olan sabiq prezidentin qızına ölkəni təhlükəsiz tərk etməsinə icazə verib. Onun ölkədən çıxışına dair icazəni isə deputat Marya İnosenta Ponyenin aldığı vurğulanıb.

Xatırladaq ki, Boliviyada oktyabrın 20-də prezident seçkisi keçirilib. Ali Seçki Məhkəməsi o zamankı prezident Evo Moralesin qalib gəldiyini bəyan edib. Onun əsas rəqibi Karlos Mesa bu qərarı qəbul etmədiyini açıqlayıb, bundan sonra ölkədə etiraz nümayişləri başlayıb.

Ordu, müxalifət və həmkarlar ittifaqları prezidentin istefasını tələb ediblər. Morales bu vəziyyəti dövlət çevrilişi kimi izah edərək noyabrın 10-da istefa verib.

O, noyabrın 12-də Meksikaya gəlib və burada siyasi sığınacaq alıb. Hazırda prezidentlik vəzifəsini müvəqqəti olaraq Boliviya parlamentinin vitse-spikeri Janin Anes yerinə yetirir. Moralesin tərəfdarları onu tanımadıqlarını bəyan ediblər.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Boliviya