Tbilisidə etiraz aksiyası davam edir

   Tbilisidə etiraz aksiyası davam edir
  20 Noyabr 2019    Oxunub:2884
Gürcüstanın paytaxtı Tbilisidə müxalifət etiraz aksiyasını yenidən bərpa edib.
Azvision.az xəbər verir ki, aksiya parlament binasının qarşısında keçirilir. Etirazçılar aksiyanın keçirildiyi ərazidə çadırlar quraşdırıblar.

Bundan əlavə, Gürcüstanın müxalifət partiyaları noyabrın 24-də izdihamlı mitinq keçirmək qərarına gəliblər.

Qeyd edək ki, dünən axşam saatlarında polis su şırnaqlarından istifadə edərək Gürcüstan parlamentinə girişi bağlayan nümayişi dağıdıb. Etiraz aksiyaları parlamentin konstitusiyaya dəyişikliklər haqqında qanunu qəbul edə bilməməsindən sonra başlayıb. Aksiyaçılar proporsional seçki sisteminə keçidi tələb edirlər.

Azvision.az



Teqlər: Gürcüstan   Tbilisi   Etiraz   Aksiya  





Xəbər lenti