Ermənistanda vəzifəli şəxs ölkədən qovulub

Ermənistanda vəzifəli şəxs ölkədən qovulub
  19 Noyabr 2019    Oxunub:1827
Ermənistanın Nazirlər Kabineti aparatının əməkdaşı Andranik Ovannisyanın dövlət təhlükəsizliyinə təhdid törətdiyi nəzərə alınaraq ölkəyə girişinə icazə verilməyib.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

“Ovannisyanın “Xarici şəxslər haqqında” qanunun müvafiq maddəsinə uyğun olaraq Ermənistan ərazisinə girişi qadağandır ", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, bir müddət əvvəl Andranik Ovannisyan özünün “Facebook” səhifəsində ezamiyyətdən qayıdarkən İrəvanın “Zvartnos” hava limanında sərhədçilər tərəfindən saxlandığını və yaşayış icazəsi əlindən alınaraq Rusiyaya deportasiya edildiyini yazıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Deportasiya  





Xəbər lenti