“Boeing 737” ən çox satılan təyyarə statusunu itirib

 “Boeing 737” ən çox satılan təyyarə statusunu itirib
  19 Noyabr 2019    Oxunub:1714
“Boeing 737” modeli ən çox satılan təyyarə statusunu itirib.
Azvision.az xəbər verir ki, bu barədə "Business Insider"in laynerlərin satışına dair hesabatında deyilir.

Məlumata görə, 55 illik tarixi boyunca “Boeing 737” bütün dövrlərin ən çox satılan təyyarəsi olub, amma indi bu statusunu itirib.

“Airbus” konsorsiumu tərəfindən istehsal olunan “A320” isə ən çox satılan təyyarə olub.

Beləliklə, 2019-cu ilin oktyabr ayının sonunda "Boeing" şirkəti 15136 ədəd 737 modelinin tədarükü ilə bağlı müqavilə imzalayıb. “Airbus”a isə 15193 "A320" model təyyarə sifarişi verilib. Buna səbəb kimi "Boeing"də 2019-cu ilin aprelində başlayan böhran göstərilir. Çünki şirkət iki təyyarə qəzası ilə bağlı 737 MAX təyyarəsinin uçuşlarını qeyri-müəyyən müddətə dayandırıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Boeing   Təyyarə  





Xəbər lenti