Məşhur “qanuni oğrular” Ermənistana toplaşır

Məşhur “qanuni oğrular” Ermənistana toplaşır
  19 Noyabr 2019    Oxunub:3290
Cinayət dünyasının tanınmış nümayəndələri bu ilin dekabr ayının əvvəllərində Ermənistanda ciddi bir görüş keçirməyi planlaşdırırlar.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşrin məlumatına görə, xarici ölkələr daxil olmaqla toplantıda onlarla kriminal avtoritet iştirak edəcək. Xüsusilə, Rusiya və Gürcüstandan tanınmış "qanun oğru”ların Ermənistana gələcəyinə dair məlumatlar var.

Görüşün əsas məqsədi Ermənistan hökumətinin hazırladığı sensasion qanun layihəsini müzakirə etməkdir.

Belə ki, Ermənistan Nazirlər Kabineti avqustun 29-da keçirilən iclasında Cinayət Məcəlləsinə düzəlişləri təsdiqləyib. Həmin düzəlişlərə əsasən, "qanun oğru" statusu bir vətəndaşın cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edə bilər. Həmçinin, kriminal qruplar yaradanlar, saxlayanlar, rəhbərlik edənlər, iştirakçılar da cəzalandırılacaqdır.

Bu layihə tamamilə gözlənilməz olduğu üçün kriminal aləmdə ciddi narahatlıq yaradıb.

“Past” yazır ki, kriminal aləmin nümayəndələrinin toplantısında qanun layihəsinin qəbulunun onlara necə təsir göstərə biləcəyi, Ermənistan ərazisindəki gələcək fəaliyyətlərinin necə təmin olunacağına dair müzakirələr aparılacaq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Kriminal  





Xəbər lenti